AZ

Ford LG Energy ilə 9,6 trilyon dollarlıq batareya müqaviləsini ləğv etdi

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Ford" 9,6 trilyon von (təxminən 7,2 milyard ABŞ dolları) dəyərində olan elektrik avtomobili batareyalarının tədarükü ilə bağlı "LG Energy Solution" şirkəti "ilə bağladığı müqaviləni ləğv edib.

Qaynarinfo İnvesting.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı "LG Energy Solution" şirkəti yayıb. 

Şirkətdən verilən açıqlamaya görə, 2024-cü ildə imzalanmış müqavilə "Ford"un bəzi elektrik avtomobili modellərinin istehsalını dayandırmaq qərarı səbəbindən qüvvədən düşüb.

"LG Energy Solution"un məlumatına görə, müqavilənin ləğvi son dövrlərdə siyasətdə baş verən dəyişikliklər və elektrik avtomobillərinə tələbatla bağlı proqnozlardakı dəyişmələr fonunda Ford-un EV istehsal planlarını yenidən nəzərdən keçirməsi ilə əlaqədardır.

Günay

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
105
qaynarinfo.az

1Mənbələr