AZ

Karius Almaniyada parlamağa davam edir

ain.az, Fanat portalına istinadən məlumat verir.

"Şalke 04"ün heyətində çıxış edən Loris Karius, Bundesliqa 2-dəki çıxışı ilə diqqətləri üzərinə çəkməyə davam edir.

Fanat.Az xəbər verir ki, təcrübəli qolkiper liqada qapısını ən çox toxunulmaz saxlayan və qurtarış faizi ən yüksək olan qapıçı olaraq ön plana çıxır.

Eyni zamanda, "Şalke 04"də ən az qol buraxan qapıçı kimi də müsbət nəticələr əldə edən Karius, komandasının uğurlarında mühüm rol oynamaqdadır. Karius, klubda ən yüksək reytinqə malik futbolçu olmaqla yanaşı, ən çox "matçın ən yaxşısı" seçilən oyunçu kimi də fərqlənir.

Loris bu göstəricilərlə köhnə parlaq günlərini yenidən xatırlatmaqdadır.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
1
fanat.az

2Mənbələr