AZ

İran XİN rəhbəri: ABŞ beynəlxalq hüququ pozur və dünyaya öz nizamını diktə edir

ain.az, Dogru.az portalına istinadən məlumat verir.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ı beynəlxalq hüququ pozmaqda və dünyaya yalnız öz maraqlarına uyğun nizam tətbiq etməyə çalışmaqda ittiham edib.

Doğru.az xəbər verir ki, Lenta.ru-nun məlumatına görə, Əraqçi bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada keçirilən birgə mətbuat konfransında səsləndirib. İranlı diplomat bildirib ki, Vaşinqton sülhə yalnız güc yolu ilə nail olmağın mümkün olduğunu iddia edir, lakin bu yanaşma ciddi səhvlərə yol aça bilər.

Onun sözlərinə görə, ABŞ öz maraqlarını təmin etmək məqsədilə güclü təzyiq vasitələrindən istifadə edir və bu zaman beynəlxalq hüququ tapdalayır. Əraqçi vurğulayıb ki, amerikalılar özləri üçün əlverişli mövqelərə çatmaq naminə güc tətbiq etməyi legitim hesab edirlər.

İranın xarici işlər naziri həmçinin qeyd edib ki, Vaşinqton qlobal arenada şərtləri diktə etməkdə davam edir, özünü toxunulmaz sayır və beynəlxalq siyasətdə tam fəaliyyət azadlığı əldə etməyə çalışır.

Qeyd edək ki, bundan əvvəl Moskvada Rusiya və İranın xarici siyasət idarələrinin rəhbərləri arasında danışıqlar aparılıb, daha sonra birgə mətbuat konfransı keçirilib. Daha öncə Abbas Əraqçinin Sergey Lavrovla görüşmək üçün Rusiya paytaxtına səfər edəcəyi barədə məlumatlar yayılmışdı.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
dogru.az

2Mənbələr