AZ

Nadir Hüseynov sükan arxasında vəfat edib – RƏSMİ

14.12.2025-ci il tarixində saat 11:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Nadir Hüseynovun həkiməqədər ölüm faktı qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan digər şəxs (qadın) travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Seçilən
82
14
konkret.az

10Mənbələr