ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Çirkab sularının təmizlənməsi qurğularında mövcud olan viruslar, indiyədək düşünüldüyündən qat-qat daha fəal rol oynayır və ciddi bioloji risklər yarada bilər. Bu nəticəyə Çin və Sinqapurda yerləşən iri təmizləyici stansiyalarda virus icmalarını araşdıran alimlər gəliblər.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Biocontaminant" jurnalında dərc olunub.
Çirkab sularının təmizlənməsi qurğuları suyun yenidən istifadəsi və ya ətraf mühitə axıdılmasından əvvəl zərərli maddə və patogenlərin aradan qaldırılması məqsədi daşıyır. Bu proseslərdə adətən bakteriyalara diqqət yetirilir, viruslar isə uzun müddət diqqətdən kənarda qalıb. Yeni araşdırma göstərib ki, viruslar çirkab sularda sadəcə mövcud olmur, həm də mikroorqanizmlərlə aktiv qarşılıqlı əlaqədə olur və təmizlənmənin bütün mərhələlərində qorunub saxlanılır.
Alimlər çirkab su nümunələrini stansiyaya daxil olduğu andan son təmizlənmiş su mərhələsinədək təhlil ediblər. Araşdırma zamanı ümumilikdə 99 virus ailəsi aşkar olunub.
Xədicə BAXIŞLI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.