AZ

Liqa 1 də istefa və təyinat

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Nant” rəhbərliyi baş məşqçi Luiş Kaştro ilə yolları ayırıb."Football-plus.az" xəbər verir ki, portuqaliyalı mütəxəssis evdə “Lans”a 1:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. Bu mövsüm keçirdiyi 15 oyunda cəmi 2 qələbə qazanan komanda hazırda Liqa 1-in turnir cədvəlində 17-ci yeri tutur.Klub rəhbərliyi komandanı Ahmed Kantariyə həvalə edib. Mərakeş millisinin və “Valensyen”in sabiq müdafiəçisi olan Kantari ötən mövsüm “Nant”da Antuan Kombuarenin köməkçisi vəzifəsində çalışıb.“Nant” növbəti oyununu cümə günü səfərdə “Anje”yə qarşı keçirib və 1:4 hesabıyla uduzub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
1
icma.az

2Mənbələr