AZ

Borussiya sının hücumçusu İspaniya klubunun hədəfində

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində

Dortmund "Borussiya"sının hücumçusu Fabio Silvanın İspaniya klubuna keçidi gündəmə gəlib.

QOL.az xəbər verir ki, futbolçu karyerasını İspaniyanın "Betis" klubunda davam etdirə bilər. 

Məlumata görə, tərəflər arasındakı danışıqlar artıq irəliləyiş mərhələsindədir. Əndəlüs təmsilçisi 23 yaşlı portuqaliyalı forvardı qış fasiləsində satınalma şərti ilə icarəyə götürməyə çalışır. Dortmund klubunun rəhbərliyi bu varianta müsbət yanaşsa da, razılaşmanın bəzi detalları hələ tam həllini tapmayıb. Oyunçunun özünün La Liqada oynamaq perspektivindən razı qaldığı vurğulanır.

Uzun müddət İtaliyanın "Roma" klubu da futbolçuya iddialı olsa da, hazırda romalıların bu transferi reallaşdırmaq şansının xeyli azaldığı bildirilir.

Qeyd edək ki, Fabio Silva cari mövsümdə 15 oyunda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
2
qol.az

3Mənbələr