AZ

Terror təhlükəsi səbəbindən Dehlidə təhlükəsizlik tədbirləri gücləndirilib

Hindistanın hakimiyyət orqanları yəhudilərin “Hanuka” bayramı zamanı İsrail vətəndaşlarına qarşı hücum ehtimallarının artması səbəbindən Dehlidə təhlükəsizlik tədbirləri gücləndirilib.

AZƏRTAC xəbər verir ki, “The Indian Express” qəzetinin məlumatına görə, təhlükəsizlik tədbirləri Hindistanın kəşfiyyat xidmətlərinin “Əl-Qaidə” və İŞİD təşkilatları tərəfindən Dehlidəki İsrail səfirliyinə mümkün hücumlar barədə məlumatlarına əsasən görülüb.

Bu məqsədlə 15 polis dairəsinin və dəmir yollarının mühafizəsi üzrə hərbiləşdirilmiş qüvvələrin şəxsi heyəti yüksək hazırlıq vəziyyətinə gətirilib. İsrail səfirliyində və konsulluq idarələrində, sinaqoqlarda, yəhudilərin icma mərkəzlərində və İsrail vətəndaşlarının ziyarət etdikləri məşhur yerlərdə təhlükəsizlik tədbirləri artırılıb. Yerli polis orqanlarına, kütləvi toplantıların, dini mərasimlərin keçirildiyi yerlərdə, hotellərdə, restoranlarda və biznes müəssisələrində sayıqlığı artırmaq tapşırılıb. Paytaxt Dehli ilə yanaşı, Mumbay və digər iri şəhərlərdə də təhlükəsizlik tədbirləri gücləndirilib.

Xatırladaq ki, dekabrın 14-də Avstraliyanın Sidney şəhərində yerləşən “Bondi” çimərliyində “Hanuka” bayramını qeyd edən yəhudilər iki silahlı şəxsin hücumuna məruz qalıb. Son məlumata görə, hücum nəticəsində 15 nəfər həlak olub, 42 nəfər isə yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları, hücum edən şəxslərdən birini öldürüb, digərini isə yaralayaraq həbs edib.

Seçilən
74
2
yeniazerbaycan.com

3Mənbələr