Bakı. Trend:
Uruqvaylı futbolçu Luis Suares "İnter Mayami" klubu ilə yenimüqavilə imzalayıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ futbol klubunun mətbuatxidməti bildirib.
Məlumata əsasən, müqavilə 2026-cı il MLS mövsümünün sonuna qədərqüvvədə olacaq.
Qeyd edək ki, 38 yaşlı L.Suares "İnter Mayami"də debütünü2024-cü ilin əvvəlində edib. O, "İnter Mayami"də bütün turnirlərdə87 oyunda 42 qol vurub və 30 məhsuldar ötürmə edib.