Sumqayıt şəhərində 30-cu məhəllə ərazisin 18 yaşlı gəncin meyiti aşkarlanıb.
AzNews.az xəbər verir ki, 2007-ci il təvəllüdlü Fəttayev Müşfiq Mirmehdi oğlunun cansız bədəni yaxınları tərəfindən tapılıb.
Hadisə barədə dərhal təcili tibbi yardıma məlumat verilsə də, həkiməqədər ölüm faktı qeydə alınıb.
Ölümün dəqiq səbəbinin müəyyən edilməsi məqsədilə meyit müvafiq ekspertizaya göndərilib.
Vəfat edən gənc Azərbaycanda tanınmış partiya sədri Mirmahmud Fəttayevin nəvəsidir.
Partiya sədrinin oğlu Mirmehdi Fəttayevin iki övladı var. Onlardan böyüyü 18 yaşlı Müşfiq Fəttayev, kiçik oğlu isə məktəblidir.
Bu, Mirmahmud Mirəlioğlunun ailəsində baş verən ilk faciə deyil.
Onun üç övladı erkən həyatdan köçüblər.