ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
2-ci liqa təmsilçisi “Şəki” Qaradağ Lökbatan”la oyuna çıxmaqdan imtina etdi. Səbəb isə bəllidi – “halvaçılar” maliyyə böhranı yaşayır.İki həftə əvvəl Futbol İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyevlə əlaqə saxlayanda o bildirmişdi ki, üçtərəfli görüşdən sonra hər şey qaydasına düşüb, sponsor şirkət, yəni “Flyblast” öhdəsinə düşən maliyyəni ayıracaq.Bəs nə baş verdi ki, komanda meydana çıxmaqdan imtina etdi, heç stadiona yollanmadı. Yenə Tural bəyə müraciət etdik:
“Bəli, komanda oyuna çıxmadı. Sponsor verdiyi sözü, öhdəliyi yerinə yetirmədi. Əvvəlcə danışanda dedilər ki, həll edəcəyik. İndi yenə danışırıq. Bu gün, sabah həll olunmalıdı. Belə deyirlər. Biz də gözləyirik. Bu isə şərtlərin pozulmasıdı. Vədə əməl etməsələr, məsələ hüquqi müstəvidə həll olunacaq. Əsas kluban taleyidi. Komanda oyuna çıxmasa, lisenziyası və 2-ci liqada iştirak hüququ əlindən alınır”.
MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.