AZ

BMT-nin Baş katibi ABŞ və Venesuelanı gərginliyi azaltmağa çağırıb

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş ABŞ və Venesuelanı təmkinliolmağa və gərginliyi azaltmağa çağırıb.

Trend-in məlumatına görə, bu barədə BMT rəhbərinin mətbuatkatibinin müavini Fərhan Haq brifinqdə bildirib.

"Baş katib daha da gərginləşmənin qarşısını almağa diqqətyetirir. Baş katib təmkinli olmağa və vəziyyətin dərhalazaldılmasına çağırır. O, bütün tərəfləri regionda sülhü qorumaqüçün BMT Nizamnaməsi və digər tətbiq olunan hüquqi çərçivələr dədaxil olmaqla, beynəlxalq hüquq üzrə öhdəliklərinə əməl etməyəçağırır", - deyə o qeyd edib.

F.Haq əlavə edib ki, təşkilatın rəhbəri "mövcud vəziyyətiyaxından izləyir və müvafiq tərəflərlə əlaqə saxlayır".

Seçilən
111
az.trend.az

1Mənbələr