AZ

Türkiyə Rusiyadan aldığı S 400 ləri geri qaytarmaq istəyir

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ankara Vaşinqtonla münasibətləri normallaşdırmaq üçün yeni addım ata bilər.

Musavat.com xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini geri qaytarmaq niyyətindədir. Bildirilir ki, ABŞ Ankaradan Rusiya istehsalı hərbi texnikadan imtina etməyi tələb edir.

Məlumata əsasən, Vaşinqton bunun əvəzində Türkiyəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılacağını və ölkənin yenidən ABŞ istehsalı olan F-35 qırıcılarına çıxış əldə edəcəyini vəd edir.

Qeyd olunur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 məsələsini dekabrın 13-də Aşqabadda Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı da qaldırıb. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
131
1
cebheinfo.az

2Mənbələr