AZ

ÜST: Avropada yeni virusun yaratdığı qrip əhəmiyyətli dərəcədə artıb

BAKI, 17 dekabr. TELEQRAF

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyan edib ki, Avropada yeni dominant virus ştammının yaratdığı qrip xəstəliyinin əhəmiyyətli dərəcədə artması davam edir və bu bir neçə ölkənin səhiyyə sisteminə ciddi təzyiq göstərir.

Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

ÜST bildirib ki, Avropa regionundakı 38 ölkədən ən azı 27-si "yüksək və ya çox yüksək qrip aktivliyi" barədə məlumat verib.

Təşkilat qeyd edib ki, bu ilki qrip mövsümü əvvəlki illərlə müqayisədə təxminən dörd həftə tez başlayıb.

ÜST həmçinin ictimaiyyəti peyvənd olunmaqla, özlərini pis hiss etdikləri təqdirdə evdə qalmaqla və tənəffüs yolları simptomları olduqda ictimai yerlərdə maska ​​​​taxmaqla virusun yayılmasının qarşısını almağa çağırıb.

Təşkilat bildirib ki, yeni mövsümi qrip variantı - H3N2 "alt qrupu K" - Avropa regionunda təsdiqlənmiş bütün qrip hallarının 90%-ə qədərini təşkil edir.

Eyni zamanda, ÜST əmin edib ki, hazırda bu ştammın xəstəliyin daha ağır gedişatına səbəb olduğuna dair heç bir dəlil yoxdur.

"Qrip hər qış gəlir, amma bu il bir az fərqlidir. Bu qrip virusundakı kiçik bir genetik variasiyanın belə səhiyyə sistemimizə necə böyük təzyiq göstərə biləcəyini göstərir", - ÜST-ün Avropa Regional Ofisinin direktoru Dr. Hans Kluge bildirib .

O, qrip mövsümünün pik dövrünün dekabrın sonu və ya yanvarın əvvəlinə çatacağını gözləyir.

Kluge qeyd edib ki, "Mövcud qrip mövsümü ciddi olsa da, COVID-19 pandemiyası zamanı üzləşdiyimiz qlobal fövqəladə vəziyyətin səviyyəsini əks etdirmir".

Seçilən
127
1
teleqraf.com

2Mənbələr