AZ

İtaliya Ukraynaya hərbçilərini göndərməkdən imtina edib

İtaliya mümkün təhlükəsizlik təminatlarından biri kimi Ukraynaya “çoxmillətli qüvvələrin” bir hissəsi kimi hərbi kontingentini göndərmək niyyətində olmadığını açıqlayıb.

“Reuters” xəbər verir ki, bu haqda İtaliyanın Baş naziri Giorgia Meloni danışıb.

“Ukraynanın təhlükəsizliyini təmin etmək üçün dövlətlərin könüllü iştirakı əsasında “könüllülər koalisiyası”nın rəhbərlik etdiyi “çoxmillətli qüvvələrin” yerləşdirilməsi müzakirə edilir: Bir daha təsdiq edirəm ki, İtaliya öz əsgərlərini Ukraynaya göndərmək niyyətində deyil”, – deyə İtaliya hökumətinin başçısı vurğulayıb.

AzPost.az

Seçilən
33
6
azpost.info

7Mənbələr