AZ

“Mətbuatla ünsiyyət oyunçulara mesaj göndərməyin bir yoludur”

"Benfika"nın baş məşqçisi Joze Mourinyo bildirib ki, mətbuatla danışmaq onun oyunçulara çatmaq üçün istifadə etdiyi vasitələrdən biridir.

90deqiqe.Az xəbər verir ki, "Goal" çalışdırıcının dediklərini belə çatdırıb.

"Mətbuatla ünsiyyət oyunçulara çatmaq üçün bir yoldur, amma mən onlarla sizə müraciət etməzdən əvvəl və ya sonra danışırəm. Sizə oyunçulara fasilədə dediyim eyni sözləri deyirəm. Burada çox obyektiv məsələlər var, bu, xüsusi bir psixoloji yanaşma deyil.

Uğurlu dövrlər də, böyük çətinliklər də sona çatır. Hər şeyin bir sonu var. İndi yüksəlişdə olduğumuz üçün hər zaman daha çoxunu istəmək üçün güc tapmalıyıq. Biz nəticə göstərməyə və yaxşı oynamağa davam etmək istəyirik."

Seçilən
108
90deqiqe.az

1Mənbələr