Türkiyə hakimiyyəti Fətullah Gülənin terror təşkilatı (FETÖ) ilə əlaqəsi olan şübhəliləri həbs etməyə davam edir. Daxili İşlər naziri Əli Yerlikaya sosial mediada bildirib ki, son iki həftə ərzində 160 nəfər saxlanılıb, onlardan 90-ı artıq həbs olunub.
Nazir qeyd edib ki, təhlükəsizlik qüvvələri ölkənin 39 əyalətində reydlər keçirərək təşkilatın strukturlarında iştirak edən şəxsləri – diplomatları, maliyyəçiləri və sosial işçiləri saxlayıb.
Onların hamısı doqquz il əvvəl, 15 iyul 2016-cı ildə baş verən dövlət çevrilişi cəhdində iştirak etməkdə ittiham olunur. Bundan sonra 80 mindən çox insan həbs olunub və təxminən 150 min dövlət qulluqçusu, o cümlədən hərbçilər işsiz qalıb.
//Samir Qurbanov, Editor.az