Tramp administrasiyası Qərbdəki dondurulmuş Rusiya aktivlərinin Ukraynaya köçürülməsini müdafiə edən Avropa hökumətlərinə təzyiq göstərir.
Editor.az xebər verir ki, “Politico”nun məlumatına görə, Ağ Ev rəsmiləri Avropa hökumətlərinə dost hesab etdikləri hökumətlərə təsir göstərməyə çalışırlar. Məqalədə deyilir ki, Vaşinqton onları təcavüzdən əziyyət çəkən Ukraynanın maliyyələşdirilməsi üçün 210 milyard avroluq Rusiya aktivlərindən istifadə planını rədd etməyə məcbur etməyə çalışır.
Nəşr qeyd edir ki, payızda AB liderləri dondurulmuş vəsaitlərlə bağlı konsensusa gələ bilmədikdə, Belçika plana qarşı çıxıb. İki ay sonra “Aİ-nin probleminin Belçikadan çox Trampda olduğu aydın olub” deyə məqalə müəllifləri iddia edirlər. Bolqarıstan, İtaliya, Malta və Çexiyanın da buna qarşı çıxmasına səbəb olan ABŞ təzyiqi olub.
“Politico” qeyd edir ki, Ağ Ev və Kremlin razılaşdırdığı sülh planı layihəsinə əsasən, Vaşinqton dondurulmuş Rusiya aktivlərinin bir hissəsini ABŞ-ın rəhbərlik etdiyi yenidənqurma səylərini maliyyələşdirmək üçün istifadə etmək istəyir. Jurnalistlərin qeyd etdiyi kimi, dondurulmuş aktivlərin AB-nin təzminat krediti sxemi çərçivəsində Ukraynaya köçürülməsi Kiyevə pulu hara xərcləyəcəyinə özü qərar verməyə imkan verəcək.
//Samir Qurbanov, Editor.az