AZ

KİV: Üçüncü dünya müharibəsi 2026-cı ildə başlaya bilər

"ABŞ hazırkı hərbi əməliyyat bölgələrindən birinə qoşun yeridərsə, 2026-cı ildə üçüncü dünya müharibəsinin iştirakçısına çevrilə bilər".

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu "19FortyFive" jurnalının hərbi eksperti Brent İstvud bildirib.

"Prezident Donald Trampın rəhbərliyi altında bir sıra atəşkəs sazişləri və diplomatik qələbələrdən sonra belə, dünya xəritəsi ABŞ-ni müharibəyə cəlb edə biləcək qaynar nöqtələrlə doludur", - deyə o qeyd edib.

Hərbi ekspert beş mümkün müharibə ssenarisini araşdırıb: Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ və Rusiya qarşıdurması, Çinin Tayvana qarşı addımları, ABŞ-nin Venesuela və ya İrana potensial hücumları, Şimali Koreyanın Cənubi Koreyaya gözlənilməz hücumu.

İstvud əmindir ki, çəkindirmə gücü, müttəfiqlik və ABŞ-nin müharibədən kənarda qalmaq istəyi 2026-cı ildə üçüncü dünya müharibəsinin başlayıb-başlamayacağını müəyyən edəcək.

Seçilən
51
1
far.az

2Mənbələr