AZ

“Amazon” Melaniyadan bəhs edən sənədli filmin treylerini yayımladı − Video

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

“Amazon MGM Studios” ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp haqqında çəkilən “Melaniya” filminin ilk treylerini yayımlayıb.

Yeniavaz.com xəbər verir ki, treyler Melaniya Trampın Donald Trampın ikinci andiçmə mərasimindən əvvəl ABŞ-nin Kapitol Rotunda binasına daxil olması ilə açılır.

O, kameraya baxır və “Biz yenə burdayıq” deyir.

Filmin dünya miqyasında kinoteatrlarda nümayişi yanvarın 30-da planlaşdırılır. “Amazon” gələcəkdə “Prime” servisində serial buraxmağı planlaşdırır.

Qeyd edək ki, “Amazon” tərəfindən buraxılacaq filmin yaradıcısı və prodüseri Melaniya Trampdır. O, filmin ideyasını ilk dəfə 2024-cü ilin noyabrında, Donald Trampın ABŞ prezident seçkilərində qələbəsindən sonra düşünüb. “Fox News”un məlumatına görə, “Disney”, “Netflix” və “Paramount” filmə eksklüziv hüquqlar uğrunda mübarizə aparsalar da, “Amazon” və “MGM” ən yüksək qiymət təklif edənlər olub - 40 milyon dollar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
1
yeniavaz.com

2Mənbələr