AZ

İtaliya nəhəngi İngiltərə klubunun qapısını döyəcək

"Milan" hücum xəttini gücləndirmək üçün yeni transfer hədəfini müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, İtaliya nəhəngi "Vest Hem Yunayted"in forvardı Niklas Füllkrüq üçün yanvar ayında hərəkətə keçəcək.

Bu barədə məşhur idman nəşri "365 Scores" məlumat yayıb.

32 yaşlı alman forvard son dövrlərdə İngiltərə Premyer Liqasındakı çıxışı ilə diqqət çəkib və Massimiliano Alleqri onu komandasında görmək istəyir.

"Vest Hem Yunayted" ilə müqaviləsi 2028-ci ilə qədər davam edən Füllkrüqun transfer dəyəri 8 milyon avro olaraq qiymətləndirilir.

Kamil Xudiyev

Seçilən
93
fanat.az

1Mənbələr