AZ

Şirin Məlikova: Rəşid Behbudov yaradıcılığının əbədiliyini əks etdirir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 18 dekabr, AZƏRTAC

“Sərgidə Xalq rəssamı Asəf Cəfərovun 1975-ci ildə yaratdığı və vaxtilə Şuşa Rəsm Qalereyasının daimi ekspozisiyasında nümayiş etdirilən “Rəşid Behbudovun portreti”nin surəti təqdim olunub. 1992-ci ildə Şuşanın işğalı zamanı əsərin orijinalı digər mədəni irs nümunələri kimi qarət edildiyindən, sənətkarın 110 illiyi münasibətilə portretin fotosu əsasında yeni surətin hazırlanmasına qərar verilib. Bu iş Əməkdar rəssam və ali dərəcəli bərpaçı Natiq Səfərov tərəfindən Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə yüksək peşəkarlıqla həyata keçirilib”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) direktoru Şirin Məlikova deyib.

Onun sözlərinə görə, “Səsin rəngi” sərgisi dünyaşöhrətli müğənni Rəşid Behbudov yaradıcılığının əbədiliyini əks etdirən sənət ünvanı kimi daima yadda qalacaq.

“Sərgidə Azərbaycan təsviri sənətinin tanınmış nümayəndələri Nəcəfqulu İsmayılov, Ömər Eldarov, Tahir Salahov, İsa İbrahimov, Cümşüd İbrahimov, İsmayıl Məmmədov, Marqarita Əfəndi, Fuad Salayev, Altay Sadıqzadə, Elturan Avalov, Ülviyyə Həmzəyeva və digər rəssam və heykəltaraşların, eləcə də ABŞ, Rusiya, İran sənətkarlarının Rəşid Behbudovun fenomenal şəxsiyyəti və yaradıcılığını tərənnüm edən əsərləri nümayiş etdirilib. Şuşa Dövlət Rəsm Qalereyasının bərpasından sonra, “Rəşid Behbudovun portreti” sənətkarın ailə üzvləri və Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi tərəfindən Mədəniyyət Nazirliyinə təqdim olunub və Şuşa Dövlət Rəsm Qalereyasında yenidən öz layiqli yerini tutub”,- deyə Ş.Məlikova əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
3
azertag.az

6Mənbələr