Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Polşanın Baş naziri Donald Tusk ölkə prezidenti Karol Navroçkinin həftələrdir onun telefon zənglərinə cavab verməməsindən narazılığını ifadə edib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Polsat” telekanalına müsahibəsində deyib.
Tusk mövzu ilə bağlı açıqlamasında bildirib ki, Navroçki artıq uzun müddətdir telefonlara yaxınlaşmır:
“Xarici siyasət məsələlərində prezidentlə sıx əməkdaşlıq qurmağa çalışsam da, həftələrdir davam edən bu cəhdlərim cavabsız qalıb”.
Qeyd edək ki, sözügedən vəziyyət Polşa mətbuatında ölkənin ali rəhbərliyi arasında koordinasiya probleminin olduğu iddialarını gündəmə gətirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.