AZ

“Yadplanetli” gəmi qızılı parlamağa başlayıb

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

Bəzilər şəxslərin “yadplanetlilərin gəmisi” olduğunu iddia etdiyi “3I/ATLAS” kometası Günəşin təsiri altında qızılı rəngdə bərq vurmağa başlayıb.

Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, kometanın qeyri-adi kimyəvi tərkibi günəş istiliyinə məruz qaldıqda rənginin dəyişməsinə səbəb olur. Onun əvvəlki rəngi tünd qırmızı imiş.

Buna baxmayaraq, elm adamları Günəş sistemində hərəkətdə olan "yadplanetli" zondların mövcudluğunu elmi-nəzəri cəhətdən mümkün saysalar da, bu ehtimalın son dərəcə aşağı olduğunu bildirirlər. Lakin uzun müddətdir ki, bir çox alimlər tərəfindən müşahidə olunan həmin zondların "yadplanetli" olduğu barədə ciddi iddialar ortaya çıxdığına görə, ulduzlararası obyekt "3I/ATLAS" ətrafında müzakirələr yenidən gündəmə gəlib.

Fərziyyəyə görə, inkişaf etmiş sivilizasiyalar potensial yaşayışa malik planetləri daha da ətraflı öyrənmək üçün hətta Yer planetinə belə kometa kimi maskalanmış avtomatik zondlar göndərə bilərlər.

Bir çox tədqiqatçıların fikrincə, qeyri-adi, kosmik super texnologiyalara sahib olmaqla, onların bu cür obyektlərlə planet sistemindən 1-3 il ərzində yüksək sürətlə keçməklə, sərbəst şəkildə müşahidə aparmaları mümkündür.

Lakin bu mübahisələrə son qoymağa, eləcə də qarşı tərəfin yanlış düşündüyünü sübut etməyə çalışan mütəxəssislər də var. Onlar iddia edirlər ki, "yadplanetli" zondların bu şəkildə aşkara çıxarılması həm elmi məntiqlə, həm də praktik baxımdan mümkün deyil.

Alimlərin sözlərinə görə, ümumiyyətlə, "3I/ATLAS"-ın zond olma ehtimalı milyonda bir, eləcə də qeyri-adi təsadüf ola bilər və müasir dünya elmi hazırda bütün variantları nəzərdən keçirməklə, hələlik bunun "yadplanetli" zond yox, ulduzlararası obyekt kimi qəbul edirlər.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
118
reyting.az

1Mənbələr