AZ

Haaqada Azərbaycan və Niderland arasında ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi barədə qarşılıqlı maraq təsdiq olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrənümayəndəsi Elçin Əmirbəyov Niderland Krallığına işgüzar səfəriçərçivəsində Niderland Krallığının Xarici ticarәt vә inkişaf naziriAukje de Vries, Xarici İşlәr Nazirliyinin (XİN) Baş katibiChristiaan Rebergen, xarici işlәr nazirinin müavini Marsel de Vink,Niderland Baş nazirinin Milli təhlükəsizlik müşavirinin müaviniJoost van Deutekom, Niderland Senatının Xarici İşlәr, Müdafiә vәİnkişaf Komitәsinin sәdri, senator Koen Peterssen və komitәnindigәr üzvlәri, eləcə də bu ölkənin nüfuzlu dövlət və siyasixadimləri ilə görüşlər keçirib.

Trend xəbər verir ki,görüşlərdə Azərbaycan və Niderland arasında ikitərəflimünasibətlərin mühüm istiqamətləri üzrə fikir mübadiləsiaparılıb.

Cari il ərzində iki ölkə arasında siyasi münasibətlərdə müsbətdinamikanın müşahidə olunduğu vurğulanıb, bu xüsusda ən mühümnəticə kimi Avropa Siyasi Birliyinin Kopenhagendə Zirvə görüşündəPrezident İlham Əliyev ilə Baş nazir Dik Sxof arasında keçirilmişgörüşdə bir sıra sahələrdə əməkdaşlığın gücləndirilməsinə dairrazılığın əldə olunduğu, eləcə də il ərzində xarici işlərnazirlərinin görüşünün, XİN-lərarsı məsləhətləşmələrin, xariciişlər nazirinin müavinləri və digər səviyyədə qarşılıqlı səfərlərindavamlı siyasi dialoqa töhfə verdiyi bildirilib.

Səfər çərçivəsində keçirilmiş görüşlərdə xüsusi diqqət yüksəksəviyyəli qarşılıqlı səfərlərin təşkili, davamlı siyasiməsləhətləşmələrin aparılması və yeni əməkdaşlıq sahələrininmüəyyənləşdirilməsinə yönəldilib, müxtəlif sahələrdə əməkdaşlığınmövcud vəziyyətini nəzərdən keçirib, gələcək inkişaf perspektivlərivə qarşılıqlı maraq doğuran yeni prioritet istiqamətləri müzakirəedilib.

Tərəflər yalnız hökumətlərarası dialoqun deyil, eyni zamanda,parlamentlərarası əməkdaşlığın da ölkələr arasında etimadınmöhkəmlənməsinə, qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edəbiləcəyini vurğulayıblar. Hər iki ölkənin parlamentləri arasındamünasibətlərin inkişaf etdirilməsi üçün atıla biləcək addımlar,parlament üzvlərinin qarşılıqlı səfərlərinin təşkili, dostluqqruplarının fəaliyyəti kimi mövzular müzakirə olunub.

E.Əmirbəyov görüşlər zamanı Azərbaycan və Ermənistan arasındasülh gündəliyi, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təminedilməsi üçün lazımi şərtlər və bu çərçivədə ölkəmiz tərəfindənaparılan ardıcıl siyasi xətt və konkret addömlar, işğaldan azadolunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri,ərazilərin mina ilər çirkləndirilməsinin yaratdığı problemlərbarədə tərəf müqabillərini məlumatlandırıb. Niderland tərəfi isə öznövbəsində normallaşma istiqamətində irəliləyişi alqışlayıb və sülhprosesinə öz tam dəstəyini ifadə edib.

Həmçinin görüşlərdə Azərbaycan-Aİ münasibətlərinin carivəziyyəti və inkişaf perspektivləri, müzakirə olunan ikitərəflisənədlər və regional nəqliyyat bağlantılarının formalaşdırılmasıətrafında fikir mübadiləsi aparılıb. 2025-ci ilin Aİ-Azərbaycanmünasibətləri baxımından müsbət dinamika ilə səciyyələndiyi,növbəti aylar ərzində bu dinamikanın qorunub-saxlanması və daha dainkişafının vacibliyi vurğulanıb.

E.Əmirbəyov cari ilin dekabrın əvvəlində qəbul olunmuş“Aİ-Ermənistan tərəfdaşlığı üzrə strateji gündəlik” adlı sənədinregionda mövcud reallıqları əks etdirmədiyini vurğulayıb, Avropaİttifaqının normallaşma prosesinin dəstəklənməsi istiqamətindəgöstərdiyi səylərin Azərbaycan və Ermənistan arasında sülhün vəsabitliyin möhkəmlənməsinə töhfə verəcəyinə, tərəflər arasındaetimadı sarsıtmayacağına və Azərbaycan-Aİ münasibətləriniçətinləşdirməyəcəyinə ümid bəslədiyini ifadə edib.

Səfər Azərbaycan və Niderland arasında iqtisadi sahədətərəfdaşlığın gücləndirilməsi istiqamətində ətraflı fikirmübadiləsinin aparılması nöqteyi-nəzərdən də əhəmiyyətli olub. Buxüsusda XİN-in Avropa İdarәsinin rәisi Erik Weststrate, ticarətüzrə xüsusi elçi Mark Hasselaar, Niderland Sahibkarlıq Agentliyinin(RVO) və Sәnaye vә Sahibkarlar Konfederasiyasının (VNO-NCW) rəhbərşəxslərinin iştirakı ilə keçirilmiş geniştərkibli görüşdə kəndtəsərrüfatı, su idarəetməsi, liman infrastrukturu, nəqliyyat,logistika, bərpa olunan enerji, yüksək texnologiyalar,şəhərsalmakimi sahələrdə əməkdaşlıq, ticarət dövriyyəsinin gücləndirilməsi,qarşılıqlı sərmayələrin təşviqi istiqamətində konkret addımlarınatılması imkanları müzakirə edilib. Niderland tərəfi Azərbaycanlahərtərəfli əməkdaşlığa marağını ifadə edib və qısa zamandapotensial sahələrdə münasibətlərin dərinləşməsinin tərəfdarıolduğunu bildirib.

Səfər çərçivəsində Niderlandın aparıcı beyin mərkəzi olanBeynәlxalq Münasibәtlәr İnstitutu “Clingendael” tərəfindən dəyirmimasa təşkil olunub. Bölgəmiz üzrə ixtisaslaşan ekspertlərin,Niderland XİN-in, aparıcı mətbuat orqanlarının nümayəndələrininiştirak etdiyi dəyirmi masada çıxış edən Prezidentin nümayəndəsiCənubi Qafqazda gedən geosiyasi proseslər, Azərbaycan iləErmənistan arasında sülh prosesi, Azərbcaynın Aİ, NATO və Niderlandilə münasibətləri haqqında danışıb, iştirakçıların çoxsaylısuallarını cavablandırıb.

Səfər vaxtı E.Əmirbəyov, habelə "Holland Times" qəzetinə vəHaaqada yerləşən analitik mərkəzlərin nümayəndələrinə müsahibələrverib.

Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Məqalədə:
Seçilən
30
9
az.trend.az

10Mənbələr