AZ

Ordubadda 8 minə yaxın abonent qazsız qalıb

Naxçıvan, 18 dekabr, AZƏRTAC

Culfa rayonunda yol qəzası zamanı avtomobil qaz xəttini zədələyib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ordubad rayonunu mavi yanacaqla təmin edən 219 millimetrlik yüksəktəzyiqli qaz xəttində qeydə alınıb. Hadisə nəticəsində Ordubadda 8 minə yaxın abonentin qaz təchizatı dayanıb.

Hazırda bərpa işləri aparılır. Qəza zamanı xəsarət alan yoxdur.

Seçilən
100
azertag.az

1Mənbələr