AZ

125 ilin temperatur rekordu qeydə alındı

ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin (NOAA) açıqladığı 2025-ci il Arktika Hesabatına əsasən, regionda temperatur göstəriciləri 1900-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Müşahidələr göstərir ki, son on il Arktika üçün tarixdə ən isti dövr olub.

Ekologiya.az xəbər verir ki hesabata görə, havanın və dəniz sularının isinməsi buzlaqların sürətlə əriməsinə, eləcə də landşaft dəyişikliklərinə səbəb olub. Eyni zamanda, ərimə prosesi Arktika sularında dəmir və digər elementlərlə çirklənməni artırır – bu maddələr buzlaqlardan azad olaraq dənizə qarışır.

İqlim dəyişiklikləri Çukçi və Berinq dənizlərinin ekosistemlərinə ciddi təhlükə yaradır və bu proseslər dəniz faunasına mənfi təsir göstərə bilər. NOAA xəbərdarlıq edir ki, mövcud tendensiya davam edərsə, Arktikada ekoloji risklər daha da dərinləşəcək.

Musavat.com

Seçilən
34
4
ekologiya.az

5Mənbələr