AZ

ABŞ Konqresi Venesuelaya qarşı hərbi əməliyyatları məhdudlaşdıran qərarı rədd edib

ABŞ Konqresinin Nümayəndələr Palatası Venesuelaya qarşı mümkün hərbi əməliyyatlara məhdudiyyət qoyulmasını nəzərdə tutan qərar layihəsini qəbul etməyib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, sənəd ABŞ hərbi qüvvələrinin Venesuela da daxil olmaqla narkotik kartellərinə qarşı Konqresin razılığı olmadan istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tuturdu. Lakin səsvermə zamanı Nümayəndələr Palatasının 210 üzvü qərarın lehinə, 216 üzvü isə əleyhinə səs verib və nəticədə təşəbbüs rədd edilib.

Qeyd edək ki, dekabrın 17-də amerikalı jurnalist Taker Karlson ABŞ Prezidenti Donald Trampın xalqa müraciəti zamanı Venesuelaya qarşı genişmiqyaslı hərbi əməliyyatın başlandığını elan edə biləcəyini iddia edib.

Donald Tramp daha əvvəl Venesuelaya gedən və bu ölkədən çıxan, sanksiyalara məruz qalmış neft tankerlərinə qarşı “tam və hərtərəfli blokada” elan edib. O, həmçinin Venesuela hakimiyyətini terror təşkilatı kimi xarakterizə edərək, Vaşinqtonun aktivlərini, xüsusilə də Venesuelanın neft yataqlarını ələ keçirməkdə ittiham edib.

Bununla yanaşı, dekabrın 18-nə keçən gecə Venesuela hökuməti ABŞ-ın “davam edən təcavüzkar siyasəti” ilə əlaqədar BMT-dən təcili iclasın çağırılmasını tələb edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
118
editor.az

1Mənbələr