AZ

Premyer Liqa: I turdan təxirə salınmış oyunda Sabah Qarabağ ı sınağa çəkəcək

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Misli Premyer Liqasında I turdan təxirə salınmış "Sabah" - "Qarabağ" matçı bu gün keçiriləcək.

525.az xəbər verir ki, qarşılaşma "Bank Respublika Arena"da, saat 19:30-da start götürəcək.

Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək. Ona Elşad Abdullayev, Pərvin Talıbov və Vüqar Həsənli kömək edəcəklər.

Tural Qurbanov VAR-da, Asiman Əzizli isə AVAR-da təmil olunacaq. Hakim-inspektor funksiyasını Vüsal Əliyev yerinə yetirəcək. AFFA nümayəndəsi isə Erkin Hüseynov olacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi hazırda 33 xalla turnir cədvəlinə başçılıq edir. 31 xala malik "Sabah" ikincidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
2
525.az

6Mənbələr