ain.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prezident Cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan dövlətinin humanist siyasətinin, hüquqi dövlət anlayışının və sosial ədalət prinsipinin real təzahürüdür. Amnistiya institutu təkcə hüquqi mexanizm deyil, eyni zamanda cəmiyyətin sağlamlaşmasına xidmət edən mühüm dövlət addımıdır. Qeyd etmək istərdim ki, Prezident doğma Partiyamızın Sədri Cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi dövlətimizin hüquqi əsaslara, insan hüquq və azadlıqlarına, eləcə də ədalət və humanizm prinsiplərinə verdiyi ali önəmin bariz nümunəsidir.Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının ali dəyər olduğunu təsbit edir. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən amnistiya aktları da məhz bu müddəaların praktik ifadəsidir. Bu təşəbbüs göstərir ki, Azərbaycan dövləti cəza siyasətində yalnız cəzalandırmanı deyil, eyni zamanda bağışlamağı, ikinci şans verməyi və insanın cəmiyyətə qayıdışını önəmli istiqamət hesab edir. Amnistiya təşəbbüsü bir çox ailələr üçün təkcə hüquqi qərar deyil, yeni bir həyat səhifəsinin açılması deməkdir. Bu addım açıq şəkildə göstərir ki, Azərbaycan dövləti ədaləti cəza ilə məhdudlaşdırmır, insanın dəyişmək iradəsinə və cəmiyyətə yenidən qazandırılmasına inanır. Məhz bu inam və humanist yanaşma güclü, özünə güvənən və Konstitusiyasına sadiq dövlətin ən parlaq göstəricisidir.Fərid HacıbəyliYAP Yevlax rayon təşkilatının əməkdaşı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.