AZ

Bakıdakı qəzada yük avtomobilinin sürücüsü xilas edilib – FHN

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində “MAN” markalı yük avtomobilinin reklam dirəyinə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) bildirib.

Məlumata görə, qəza zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən xüsusi vasitələrlə çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

1985-ci il təvəllüdlü sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
32
anews.az

1Mənbələr