Ağdamda minaya düşərək xəsarət alan traktorçu Məlik Qədir oğlu Məmmədov Mingəçevirdəki hospitala göndərilib.
Busaat.az “Report”a istinadən xəbər verir ki, onun ilkin müayinəsi əvvəlcə Ağdamdakı xəstəxanada aparılıb.
Daha sonra müalicəsinin ixtisaslı tibb müəssisəsində aparılması qərara alınıb və zərərçəkən Mingəçevirdəki hospitala təxliyə edilib.