AZ

Ekvadorlu futbolçu və həyat yoldaşı silahlı hücum nəticəsində həyatını itirib

Bakı, 18 dekabr, AZƏRTAC

Ekvadorun “Barselona” klubunun müdafiəçisi Mario Pineyda silahlı hücum nəticəsində 34 yaşında həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Baş verən insident zamanı futbolçunun həyat yoldaşı da həlak olub, anası isə xəsarət alıb.

Qeyd edək ki, Mario Pineyda 2016-cı ildən “Barselona”da çıxış edirdi. O, bu komandanın heyətində iki dəfə Ekvador çempionu olub, həmçinin ölkə kubokunu qazanıb. Futbolçu karyerası ərzində Ekvadorun “İndependyente del Valye”, “Nasyonal”, Braziliyanın isə “Fluminense” klublarının formasını geyinib.

Seçilən
130
3
azertag.az

2Mənbələr