AZ

Qaradağda baş verən yol-nəqliyyat hadisəsi zamanı köməksiz qalan sürücü xilas edilib

Bakı, 18 dekabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “MAN” markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarında quraşdırılan reklam dirəyinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə deformasiyaya uğramış avtomobildə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1985-ci il təvəllüdlü Əlibaba Sülhiddin oğlu Səmədovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Seçilən
85
5
azertag.az

10Mənbələr