Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Yaponiya İmperatoru Naruhito ilə ikitərəfli əməkdaşlıq və beynəlxalq məsələləri müzakirə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti Teleqram kanalında məlumat verib.
Səfər zamanı Tokayev göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Qazaxıstan rəhbəri bildirib ki, "uzun illərdir ki, ölkə intizamı və dözümlülüyü ilə Qazaxıstan xalqına ilham verib".
Prezidentin sözlərinə görə, ölkələr arasında hörmətə və səmərəli əməkdaşlığa əsaslanan uzunmüddətli dostluq münasibətləri mövcuddur.
İmperator Naruhito qeyd edib ki, Tokayevin səfəri Yaponiya ilə münasibətlər tarixində əlamətdar hadisə olacaq və onları yeni səviyyəyə qaldıracaq.