ABB Yeni il münasibətilə nağd pul kreditlərində xüsusi kampaniyaya start verib. Bu kampaniya ABB-dən kredit alarkən müştərilərə illik faiz dərəcəsində 6 faizədək endirim qazandıracaq. Belə ki, ABB-dən kredit əldə edərək digər bank kreditlərini bağlayan müştərilər faiz dərəcəsinə 4 faizədək endirim əldə edəcəklər. ABB-dən ilk dəfə kredit alan, yaxud son 90 gün ərzində ABB-də aktiv və bağlı krediti olmayan müştərilərə isə illik faiz dərəcəsinə əlavə 2 faizədək endirim ediləcək. Rəsmi gəliri olan, əmək haqqını istənilən bankın kartı ilə alan hər bir müştəri bu sərfəli fürsətdən yararlana bilər. Üstəlik, rəqəmsal kanallardan 31 dekabra qədər krediti komissiyasız əldə edə bilərsiniz.
Kredit müraciəti və məbləğin əldə olunması prosesi tamamilə onlayn həyata keçirilir.
Kreditin şərtləri:
- Məbləğ – 50 min manatadək;
- Müddət – 60 ayadək;
- Minimal illik faiz dərəcəsi – 10,9 faiz;
- Zaminsiz;
- Komissiyasız.
Kampaniya 18 dekabr 2025-ci ildən – 31 yanvar 2026-cı ilədək keçərlidir.
Güzəştli şərtlərlə 50 min manatadək nağd pul kreditini bank filiallarına getmədən, tam onlayn olaraq ABB mobile tətbiqindən və ya nagdkredit.az saytından sifariş etmək mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.