"Azərbaycanda dayanıqlı mexanizmlərə əsaslanan sosial tərəfdaşlıq sistemi formalaşıb".
Pravda.az xəbər verir ki, bunu "Güc Biznesdədir - DAYAQ" mükafatının təqdimat mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
"Bu sistem vasitəsilə işçilərin hüquqlarının qorunması ilə yanaşı, sahibkarların maraqları da təmin edilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Baş Kollektiv Sazişin imzalanması, eləcə də üçtərəfli təmsilçilik prinsipi əsasında sosial-iqtisadi məsələlər üzrə qərarların qəbul edilməsi bu sahədə mühüm rol oynayır".