Aleksandr Lukaşenko özünü problemlərini gələcək nəsillərə ötürmək istəməyən “gedən” prezident adlandırıb.
KONKRET.az Newsmax TV-yə istinadla xəbər verir ki, Belarus lideri müsahibəsində bildirib:
“Mən səlahiyyət müddətini başa vuran prezidentəm, bunu tez-tez deyirəm və prezident olduğum müddətdə yaranan problemlərin gələcək nəsillərə ötürülməsini istəmirəm”.
O, Minsk və Vaşinqton arasında yaxşı münasibətlər qurmaq istəyini vurğulayıb və Donald Trampı 2020-ci ildə, ABŞ və digər Qərb ölkələrinin Belarusda hökumət əleyhinə etirazları dəstəklədiyi zaman yaranan fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb:
“Hər nəsil öz problemlərini həll etməlidir. Bizim nəslin, Trampın, Lukaşenkonun nəslinin problemləri var və biz onları həll etməliyik”.
Belarus Prezidenti bildirib ki, Vaşinqton 2020-ci ildə Belarusda keçirilən etiraz aksiyalarına dəstək verərək məğlub olub və məğlubiyyətini etiraf etməlidir.
May ayında Lukashenko gənc liderlər nəslini hazırlamaq üçün hakimiyyətdə “bir az daha qaldığını” bəyan edib. Avqust ayında Lukaşenko növbəti prezidentlik müddətinə namizədliyini irəli sürmək fikrində olmadığını açıqlamışdı.
Aleksandr Lukaşenko 1994-cü ildən Belarus prezidentidir. O, tacikistanlı Emoməli Rəhmonla birlikdə MDB liderləri arasında ən uzun müddətdir hakimiyyətdə olan liderdir.