AZ

Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu – FOTO

Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar.

KONKRET.az xəbər verir ki, rayonda özlərini jurnalist kimi təqdim edən iki nəfərin vətəbdaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub.

Balakən RPŞ-nin keçirdiyi tədbirlərlə həmin şəxslər – 48 yaşlı Mübariz Nağıyev və 47 yaşlı Elmar Əliyev müəyyən edilərək saxlanılıb.

Bildirilib ki, onlar əsasən stomatoloqlara yaxınlaşaraq guya qanunsuz fəaliyyət göstərmələri barədə videoçəkiliş etməklə hədə-qorxu gəliblər və zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitlərini ələ keçiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir. (qafqazinfo)

Seçilən
43
17
konkret.az

10Mənbələr