AZ

Universitetlərin özəl sektorla əməkdaşlığa ehtiyacı var - Nazir

Bakı.Trend:

Memarlıq və inşaat insanların həyatı ilə vəhdət təşkil edənsahədir. Bu sahədə insan yetişdirən alimlərimizə təşəkküredirəm.

Trend xəbərverir ki, bu fikirləri bu gün Azərbaycanın Elm və təhsil naziriEmin Əmrullayev universitetin yaradılmasının 50 illik yubileyimünasibətilə keçirilən təntənəli rəsmi tədbirdə çıxışı zamanıdeyib.

“İstəsəkdə istəməsək də gələcək kifayət qədər rəqabətli olacaq.İstənilən təhsil müəssisəsi özünün istiqamətindəki rəqabətə hazırolmalıdır. Dövr kifayət qədər sürətlidir. İnkişafın əsas təməliədalətli rəqabətdir”, - nazir əlavə edib.

O qeyd edib ki, rəqabət və əməkdaşlıq bir-birilə vəhdət təşkiledir. İki alim rəqabət aparıb əməkdaşlıq etmirsə orada inkişafolmur:

“Heç bir ali təhsil müəssisəsi öz-özünə tək inkişaf edə bilməz.Dövlət qurumlarının dəstəyi öz yerindədir. Özəl sektorla ali təhsilmüəssisələri arasında əməkdaşlığa universitetlərin ehtiyacı var.Sənaye müəssisələrinin ali təhsil müəssisələrinin içinə doğruirəliləməsi illər sonra daha yaxşı nəticələri paylaşmağımıza imkanverəcək”.

Nazir vurğulayıb ki, əmək bazarında baş verən reallıqlara yaxınolmadan kadr hazırlamaq mümkün deyil.

“Son 5 ildə əsaslı şəkildə AZMİU alimlərinin məqalələrinin sayıartıb. Elmi tədqiqatların keyfiyyəti artarsa təhsilin də məzmunuinkişaf edəcək. Kəlbəcər məktəbinin bütün tikintisinə nəzarətAzMİU-nun 25 yaşlı məzunu tərəfindən aparılıb. O, gənc yaşına vəçətin şəraitə baxmayaraq ortaya gözəl iş çıxardı.

Ümumilikdə Qarabağın bərpasında AzMİU-nun yetişdirdiyiməzunların böyük əməyi var",- deyə o əlavə edib.

Seçilən
87
2
az.trend.az

3Mənbələr