2025-ci ildə “Bonaqua” suları “Beynəlxalq Dad İnstitutu” tərəfindən “Üstün dad mükafatı”na layiq görülüb. Bu mükafat “Bonaqua”nın zəngin dadının və üstün istehsal keyfiyyətinin beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildiyini sübut edir.
Təsadüfi deyil ki, Azərbaycanda keçirilən bir çox milli və beynəlxalq tədbir “Bonaqua”nı su tərəfdaşı kimi seçir. “Bakı-2015” Avropa Oyunlarından “Bakı-2017” İslam Oyunlarına, beynəlxalq velosiped turnirlərindən beynəlxalq cüdo çempionatlarına və bir sıra milli yarışlara qədər olan tədbirlərin su təchizatçısı “Coca-Cola” şirkətinin “Bonaqua” sularıdır. “Bonaqua”nın ən yeni tərəfdaşlarından biri kimi “Şamaxı” Futbol Klubunu qeyd edə bilərik.
“Şamaxı” FK-nın İdarə Heyətinin sədri Elçin Usub bu tərəfdaşlıqdan məmnunluğunu bildirərək deyib: “Artıq 1 ildən artıqdır ki, “Coca-Cola Azərbaycan” şirkətinin “Bonaqua” su markası “Şamaxı” Futbol Klubunun rəsmi içməli su tərəfdaşıdır. Bu əməkdaşlıq çərçivəsində “Bonaqua” futbolçularımızı məşqlər, oyunlar və səfərlər zamanı fasiləsiz şəkildə yüksəkkeyfiyyətli içməli su ilə təmin edir. Klub olaraq bu tərəfdaşlığı şirkətin Azərbaycan futboluna, xüsusilə də regionu təmsil edən komandaya əvəzsiz və örnək dəstəyi kimi qiymətləndiririk. Bu səbəbdən bizə inanaraq, güvənərək yanımızda olan şirkət rəhbərliyinə göstərdiyi etimada və diqqətə görə təşəkkür edirik. Əməkdaşlığımızın gələcəkdə daha da inkişaf edəcəyinə inanırıq”.
Yüksəkkeyfiyyətli brend 2025-ci ildə də bir sıra sosial, idman və mədəniyyət yönümlü layihələrin tərəfdaşı kimi də çıxış edərək, cəmiyyətin inkişafına töhfə verməkdə davam edir. Belə ki, “BonAqua” brendi Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyinin birgə həyata keçirdiyi “Üfüq” Karyera İnkişaf Proqramı, Nərgiz Fondu ilə birgə “İftar çadırları” layihəsi, Avropa Gənclər Parlamentinin (AGP) Azərbaycan İctimai Birliyinin XI Milli Seçim Konfransı, “Nizami Gəncəvi” adına Mədəniyyət və İstirahət Parkında Novruz bayramı münasibətilə keçirilən “Xonça Fest” festivalı və bu yaxınlarda baş tutan Beynəlxalq Barbekü Festivalı kimi bir çox sosial layihələrin əsas tərəfdaşıdır.
“Coca-Cola” şirkətinin yüksək keyfiyyət standartlarına uyğun şəkildə, çoxmərhələli təmizləmə prosesi ilə istehsal edilən “Bonaqua” süfrə suları şirkətin portfelində yumşaq dadı ilə seçilir. “Bonaqua” suyu istehsal prosesi zamanı bir neçə mərhələdə təmizlənir, müasir laboratoriyalarda analiz edilir və beynəlxalq keyfiyyət standartlarına tam uyğunlaşdırılaraq qazlı və qazsız formada qablaşdırılır. Brend maqnezium sulfatı, kalium xlorid və natrium xlorid kimi minerallarla balanslaşdırılaraq suyun təravətini qoruyur. Şirkətin ISO 14001, 18001 və 22001 sertifikatlarına malik olması, “Bonaqua”nın da keyfiyyət və təhlükəsizlik sahəsində dünya standartlarına sadiqliyini təsdiqləyir.
Qeyd edək ki, “Bonaqua” brendi “Coca-Cola” şirkətinin yüksək keyfiyyətli içkilər portfelinə daxildir. Brendin istehsalında müasir texnologiyalarla təmizlənmiş təbii su mənbələrindən istifadə olunur.
Xatırladaq ki, “Coca-Cola” 2025-ci ildə Azərbaycanda 30 illik yubileyini qeyd edib. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur.