Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub.
Bu barədə News365.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu vəzifəyə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli gətirilib.
Qeyd edək ki, daha əvvəl sözügedən vəzifəni Elnur Nəsibov tuturdu. 2022-ci ildən həmin vəzifədə olan E.Nəsibov bu ilin oktyabrında öz ərizəsi ilə işdən çıxıb.
Bu barədə ilk xəbəri “Azərbaycan Universitetləri” səhifəsi yayıb.