"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe Kriştianu Ronaldunun "Kral Klubu"ndakı rekorduna çatmağa yaxınlaşıb.
"Cebheinfo.az" xəbər verir ki, 27 yaşlı futbolçu 2025-ci ildə meydana çıxdığı oyunlarda 58 qol vurub.
Bu statistika onu 2013-cü ildə 59 qol vuran Ronaldudan sonra "Real Madrid" tarixində ikinci yerə qoyur.
Mbappenin portuqaliyalı futbolçunun rekordunu təzələməsi üçün cəmi bir oyunu qalıb. "Real" dekabrın 20-də La Liqada "Sevilya" ilə qarşılaşacaq.
Cari mövsümdə hücumçu 26 oyunda meydana çıxıb, 29 qol vurub və dörd məhsuldar ötürmə edib.
"Cebheinfo.az"