AZ

Əhməd İsmayılov: Türk dövlətləri sistemli informasiya təhdidlərinə məruz qalır

Dezinformasiyaya qarşı dayanıqlı mübarizə media ekosistemi üçün strateji əhəmiyyət daşıyır.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən Türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumundakı çıxışı zamanı deyib.

Əhməd İsmayılov bildirib ki, dezinformasiyaya qarşı dayanıqlı mübarizə modellərinin formalaşdırılması ölkələrin media ekosistemi üçün strateji əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, yalan məlumatlar və təxribat məqsədilə yayılan xəbərlər tarix boyu insanların kütləvi şüuruna ciddi təsir göstərən amil olub, lakin son dövrlərdə bu təsir daha geniş miqyas alıb.

İcraçı direktor qeyd edib ki, əvvəllər dezinformasiya əsasən siyasi məzmun daşıyır və ənənəvi medianın kontent manipulyasiyası vasitəsilə yayılırdısa, hazırda vəziyyət köklü şəkildə dəyişib. Bildirilib ki, texnoloji inkişafın gətirdiyi yeniliklər media manipulyasiyaları ilə yanaşı, yalan məlumatların daha sürətli və geniş yayılmasına şərait yaradır.

Seçilən
53
6
aznews.az

7Mənbələr