"Əmək münasibətlərində rəqəmsal texnologiyaların tətbiqi də prioritet istiqamətlərdəndir".
"Cebheinfo.az" xəbər verir ki, bunu "Güc Biznesdədir - DAYAQ" mükafatının təqdimat mərasimində çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O bildirib ki, "Əmək və Məşğulluq" altsistemi üzərindən əmək müqavilələrinin elektron formada bağlanması uğurla həyata keçirilir:
"Hazırda 1.8 milyondan artıq əmək müqaviləsinin 96 faizi elektron formada rəsmiləşdirilib".
"Cebheinfo.az"