AZ

AQEM üzv dövlətləri 2026-cı il planlarını müzakirə edib

Bakı. Trend:

15 və 17 dekabr 2025-ci il tarixlərində AzərbaycanRespublikasının sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və EtimadTədbirləri üzrə Müşavirənin (AQEM) Xüsusi İşçi Qrupu və YüksəkVəzifəli Şəxslər Komitəsinin onlayn iclasları keçirilib.

Trend xəbər verir ki, bubarədə XİN məlumat yayıb.

İclaslarda AQEM-ə üzv dövlətlər Müşavirə və onun məşvərətçiorqanları çərçivəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyətin əsasistiqamətlərini, etimad quruculuğu tədbirlərinə dair plan vəmüvafiq konsepsiyaları, eləcə də 2026-cı il üçün nəzərdə tutulanəlaqədar tədbirləri müzakirə ediblər.

Üzv dövlətlər həmçinin AQEM-in institusional inkişafı, ocümlədən 6-cı AQEM Sammitinin qərarına uyğun olaraq Müşavirəninbeynəlxalq təşkilata çevrilməsi istiqamətində davam edəntransformasiya prosesi barədə fikir mübadiləsi apararaq, buistiqamətdə Sədrliyin fəaliyyətinə dəstəklərini ifadə ediblər.

Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası zamanı Baş katibAzərbaycan sədrliyi dövründə 2025-ci il ərzində AQEM-in fəaliyyətibarədə illik hesabatı üzv dövlətlərə təqdim edib.

Komitədə AQEM-in Etimad Quruculuğu Tədbirlərinin İcra Planına və2026-cı il üçün AQEM Katibliyinin büdcəsinə dair qərarlar, eləcə dədigər prosedur qərarlar nəzərdən keçirilərək, qəbul olunub.

Məqalədə:
Seçilən
80
8
az.trend.az

9Mənbələr