AZ

Fon der Lyayen ULTİMATUM VERDİ: Ukrayna məsələsi həll olunmadan heç kim getməyəcək – VİDEO

Ukrayna məsələsi həll olunmadan heç kim getməyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bəyan edib. Avropa Komissiyasının rəhbəri Kiyevə maliyyə ayrılması üçün iki variant təklif edib.

Məlumata görə, Avropa Komissiyasının rəhbəri Aİ sammitində Ukraynanın maliyyələşdirilməsi məsələsi ilə bağlı qəti mövqe ortaya qoyub. O bildirib ki, bu məsələ həll olunmayana qədər heç kim sammiti tərk etməyəcək.

Fon der Lyayen qeyd edib ki, müzakirəyə iki təklif təqdim olunub:

“Mən nəzərdən keçirilməsi üçün iki maliyyələşdirmə variantı təklif etmişəm. Onlardan biri Aİ-nin büdcə borcları hesabına maliyyələşdirmə, ikincisi isə reparasiya kreditidir. Bu gün biz iki variantdan hansını istifadə edəcəyimizi müzakirə edəcəyik”.

Komissiya sədri vurğulayıb ki, qərar mütləq bu gün verilməlidir:

“Biz bu gün mütləq bir həll yolu tapmalıyıq. Ukraynanın növbəti 2 il üçün maliyyələşdirilməsi məsələsini həll etmədən Avropa Şurasını tərk etməyəcəyik”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
62
interpress.az

1Mənbələr