AZ

Azərbaycan və Qətərin əməkdaşlığın möhkəmləndirilməsi üçün böyük potensialı var - Kəmaləddin Heydərov

Bakı. Trend:

Azərbaycan və Qətər arasında əməkdaşlığın daha damöhkəmləndirilməsi üçün mühüm imkanlar mövcuddur.

Trend xəbər verirki, bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar naziriKəmaləddin Heydərov Bakıda Qətərin Milli Günü münasibətilə təşkilolunan rəsmi qəbul zamanı bildirib.

Nazir bildirib ki, xüsusilə nəqliyyat və logistika sahələrindəbirgə səylərin fəallaşdırılması, Azərbaycanın tranzitpotensialından istifadənin genişləndirilməsi, həmçinin maliyyə,təhsil, mədəniyyət və turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığıngücləndirilməsi hər iki ölkənin maraqlarına cavab verir və stratejitərəfdaşlığa yeni təkan vermiş olacaq.

K.Heydərov qeyd edib ki, yüksək səviyyəli müntəzəm təmaslar vəinstitusional səviyyədə aparılan siyasi məsləhətləşmələrtərəfdaşlığın möhkəmlənməsində, eləcə də ölkələr arasındaəməkdaşlığın sabit və çoxşaxəli şəkildə inkişafında mühüm roloynayıb.

Nazirin sözlərinə görə, son illərdə Qətər ardıcıl vətransformativ inkişaf yolu seçərək regionun ən dinamik inkişaf edəndövlətlərindən birinə çevrilib.

“Qətər Milli Strategiyası 2030”un həyata keçirilməsiiqtisadiyyatın şaxələndirilməsi, infrastrukturunmodernləşdirilməsi, eləcə də təhsil, turizm və innovasiyalar kimisahələrin inkişafı üçün yeni imkanlar açıb. Bu gün Qətər qlobalenerji təhlükəsizliyinin möhkəmləndirilməsində, humanitarəməkdaşlığın təşviqində və dövlətlərarası dialoqun inkişafındabeynəlxalq proseslərin fəal iştirakçısı kimi mühüm rol oynayır”, –deyə nazir vurğulayıb.

Nazir vurğulayıb ki, Qətərin sabit və dinamik inkişafıAzərbaycanla ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsivə əməkdaşlıq üçün yeni istiqamətlərin müəyyənləşdirilməsibaxımından möhkəm zəmin yaradıb.

“Bu kontekstdə Azərbaycan Respublikası hökuməti ilə QətərDövləti hökuməti arasında fəaliyyət göstərən birgə iqtisadi,ticarət və texniki komissiya iqtisadi əməkdaşlığın inkişafı üçünəsas institusional mexanizm rolunu oynayır”, – deyə o qeydedib.

Nazir bildirib ki, bu ilin noyabr ayında keçirilmiş Komissiyanındördüncü iclası ikitərəfli iqtisadi əlaqələrin dərinləşdirilməsibaxımından mühüm mərhələ olub.

Seçilən
147
2
az.trend.az

3Mənbələr