AZ

AMADA Müşahidə Şurasının 2025-ci ildə sonuncu iclası baş tutub - FOTO

Nigar Arpadarainin sədrliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının 2025-ci ildə sonuncu iclası keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.

Bildirilib ki, AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə cari ilin 9 ayı ərzində görülən işlər barədə təqdimatla çıxış edib. Sonra agentliyin 2025-ci il üzrə hesabatlılıq məsələləri nəzərdən keçirilib, görülən işlər və əldə olunan nəticələr ətrafında geniş müzakirələr aparılıb.

Bununla yanaşı, AMADA-nın 2026–2030-cu illəri əhatə edən strateji inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb, qarşıdakı dövr üçün əsas prioritetlər və hədəflər müəyyənləşdirilib.

İclasda həmçinin 2025-ci il üzrə büdcənin icrası məsələsinə baxılıb, maliyyə vəsaitlərindən səmərəli və şəffaf istifadə ilə bağlı müzakirələr aparılıb.

Müşahidə Şurası tərəfindən təqdim olunan məsələlər üzrə müvafiq tövsiyə və qərarlar qəbul edilib.

İdman.Biz

Seçilən
63
8
idman.biz

9Mənbələr