AZ

UEFA “Ayntraxt”a qadağa qoydu - “Qarabağ”la Bakıdakı oyunda azarkeşsiz qalacaqlar

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Ayntraxt”ın azarkeşlərinə qadağa tətbiq edib.

Sportinfo.az xəbər verir ki, almaniyalı fanatlara Bakıda Azərbaycan təmsilçisinə qarşı keçiriləcək oyunda bilet satılmayacaq.

Frankfurt təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda dəstəksiz qalacaq.

Buna səbəb isə onların ötən tur “Barselona” ilə keçirilən səfər matçında priotexniki vasitələrdən istifadə etməsidir.

“Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-i saat 21:45-də keçiriləcək.

Seçilən
110
7
sportinfo.az

5Mənbələr